NƏTİCƏ
Hipotireoz zamanı müxtəlif simptomlar eyni zamanda müşahidə olunur. Əgər sizi cəmi bir simptom narahat edirsə, böyük ehtimalla, bu, başqa bir halın göstəricisidir. Lakin, sahə üzrə mütəxəssisə müraciət etdikdə, testin nəticəsi barədə məlumat verməyi unutmayın. Ola bilsin ki, TSH hormonu üçün qan analizi verməyiniz tələb edildi.
Əgər sualları obyektiv olaraq cavablandırmısınızsa, testin nəticələrinə əsasən qalxanabənzər vəzinizin funksionallığında pozulma müəyyən edilmədi. İstənilən halda nəzərə almaq lazımdır ki, Rusiyada hipotireoz hər 1000 qadından 19-da müşahidə olunur. Buna görə də, hər bir qadın vaxtaşırı olaraq TSH hormonunun miqdarını müəyyən etməlidir.
İki və daha artıq simptom hipotireoz ehtimalını artırır. Endokrinoloqa müraciət etməyinizi yaxud müstəqil şəkildə Tiroid stimullaşdırıcı hormonun (TSH) miqdarı üzrə qan analizi verməyinizi tövsiyyə edirik. Unutmayaq ki, hipotireoz yayılmış xəstəlikdir və ona məruz qalanlar arasında qadınlar çoxluq təşkil edir. Hipotireoz üçün düzgün təyin edilmiş əvəzedici terapiya qalxanabənzər vəz hormonları çatışmazlığının bütün xoşagəlməz nəticələrinin qarşısını alır və normal həyat tərzi sürməyə imkan verir.