ÇOXDA YAXŞI OLMAYAN GÖRÜNÜŞ

Heç də hamı xarici görünüşünə eyni dərəcədə əhəmiyyət vermir, amma əksər insanlar üçün öz xarici görünüşləri vacibdir. Sən demə, xarici görünüşdə sağlamlıq da əhəmiyyətli rol oynayır. “Tiroidinfo.az” “Berlin-Chemi/A.Menarini” şirkətinin dəstəyi ilə diqqət yetirməli olduğumuz məqamlar barədə danışır. Saçların tökülməsi, rənginin solması, dəridə quruluq, dəri rənginin dəyişməsi – ağarması yaxud saralması, kimi simptomları çox zaman meqapolisdə sürülən həyat tərzi, ekologiya, stress, vitamin çatışmazlığı ilə əlaqələndirirlər. Əslində, bu simptomlar konkret bir diaqnozdan xəbər verə bilər. Söhbət qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən xəstəlikdən, yəni hipotireozdan gedir. Bu xəstəlik qalxanabənzər vəzin effektivliyinin azalması və bu azalma nəticəsində yaranan hormonal çatışmazlıqla xarakterizə olunur. Xroniki xəstəlik olan autoimmun tireoidit (Haşimoto zobu) hipotireozun başlıca səbəbi olaraq qəbul olunur. O, immun sisteminin həddindən artıq altivlik göstərərək qalxanabənzər vəzin toxumalarına "hücum" etməsi ilə meydana çıxan iltihabi reaksiyanın nəticəsi kimi xarakterizə olunur. Belə bir proses orqanın sekresiya aktivliyinin zəifləməsinə, yəni vəzin daha az miqdarda hormon ifrazına gətirib çıxarır. Digər bir səbəb olaraq hamiləlik dövrünü göstərmək olar. Hamiləlik zamanı nəzərəçarpacaq dərəcədə hormonal dəyişikliklər baş verir. Elə həmin hormonal dəyişikliklər qalxanabənzər vəz hüceyrələrinin zədələnməsinə səbəb ola bilər. Bundan əlavə, hipotireoz qalxanabənzər vəzə edilən operativ müdaxilələr nəticəsində də yarana bilər. Baxmayaraq ki, xarici görünüşdə baş verən dəyişiklikləri görmək daha asandır, hipotireozda bir çox digər simptomlar da özünü biruzə verir. Narahatlıq yaradan odur ki, həmin simptomları çox vaxt hansısa bir xəstəliyin göstəricisi hesab etmək əvəzinə, hədsiz yorğunluq, pis ekologiya ilə əlaqələndirirlər. Nəticədə, hipotireozun gecikmiş diaqnostikası müalicəni bir xeyli çətinləşdirir.
Hipotireozdan şübhələnirsinizsə nə etməli? Birinci növbədə, tiroid stimullaşdırıcı hormonun (TSH) miqdarını müəyyən etmək üçün qan analizi vermək lazımdır. Sözügedən metod sadədir və 35 yaşdan yuxarı pasientlərə bu analizi hər beş ildən bir vermək məsləhət görülür. Bundan əlavə, analiz vermək üçün mütəxəssis yönləndirməsi mütləq deyil. Siz özünüz də istənilən laboratoriyaya yaxınlaşıb analiz üçün müraciət edə bilərsiniz. TSH hormonunun miqdarında dəyişikliklər müəyyən edilərsə dərhal mütəxəssisə, yəni endokrinoloqa müraciət etmək lazımdır. Həkim anamnez toplayacaq və ehtiyac olarsa, müayinəni davam etdirəcək. Müayinənin nəticəsinə əsasən müalicə barədə bir qərara gəlinəcək. Dünya üzrə hormonların sintetik analoqunun istifadə olunduğu əvəzedici terapiya təyin oluna bilər. Bununla belə, əvəzedici terapiyada olan zaman, normal həyat tərzinə tezliklə qayıtmaq olur.
Hipotireoz - qadınlarda kişilərə nisbətən daha tez rast gəlinən xəstəlik. Hipotireozun bir çox simptomları, xüsusilə, xarici görünüşdə baş verən dəyişikliklər ekologiya və stress kimi digər istənilən səbəblə əlaqələndirildiyi üçün həkimə müraciət edənədək xeyli vaxt itirilir. Adi laborator analizin kifayət qədər aydın diaqnoz qoymağa kömək etməsi vəziyyəti yüngülləşdirir. Mütəxəssislər isə özünüzü sağlam və daha cazibədar hiss etməyinizə imkan yaradan müalicə təyin edə bilər.