no image

QADIN İŞİ

Bu xəstəlik sonsuzluğa gətirib çıxara bilər. Özünü necə qorumalı?
No Image

Milyonlarla qadın orqanizmin işləmə mexanizmində yaranan ciddi pozuntulardan xəbər verən simptomlara barmaqarası yanaşır. Menstruasiya zamanı dövr qaydalarının pozulması, axıntının çox yaxud az olması kimi simptomlar sonsuzluğun ən çox müəyyən edilən səbəbləri olduğu üçün ciddi diqqət tələb edir. "Tiroidinfo.az", "Berlin-Chemie/A.Menarini" şirkətinin dəstəyi ilə, sonsuzluq daha nə ilə bağlı ola biləcəyindən danışır.

Menstruasiya dövrü pozuntuları, adətən, müstəqil bir xəstəlik deyil və hormonal pozuntuların yaxud orqanizmdəki digər bir problemin təzahürüdür. Fəsillərin bir-birini əvəzləməsi də özlüyündə orqanizmə təsir edir, lakin sonsuzluğu hormonal pozuntularla da elaqələndirmək olar.

Menstruasiya ile bağlı problemlər – qalxanabənzər vəzdə müşahidə olunan pozuntuların, məsələn, hipotireozun yayılmış simptomudur. Bəzi araşdırmalarda, sonsuzluğun 34%-dək hallarda hipotireozun nəticəsində yarandığı müəyyən edildiyi bildirilir.

Hipotireoz – qalxanabənzər vəzdə hormon ifrazının azalmasına gətirib çıxarır. Aparılan statistik araşdırmalara əsasən, sözügedən pozuntular kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur.

Qalxanabənzər vəz və aybaşı dövrü:
Qalxanabənzər vəz - bütün orqanizmin tənzimləyicisi, "dispetçeri"-dir. Qalxanabənzər vəzdən gələn hormonal siqnallar bütün orqanlara ötürülür. Reproduktiv orqanlar da istisna deyil. Belə ki, onların da fəaliyyəti qalxanabənzər vəzin təsiri altındadır. Hipotireoz metabolik proseslərin ləngiməsinə, maddələr mübadiləsinin dəyişməsinə, eləcə də qadın cinsi hormonlarındakı aktivliyin azalmasına gətirib çıxarır.

Qalxanabənzər vəz və qadın cinsiyyət vəzlərinin koordinasiyalı işi endometrimun (bu, uşaqlığın daxili səlikli qatıdır) müntəzəm olaraq yenilənməsinə, yumurtalıqların isə yetişməsinə gətirib çıxarır. Bu isə, öz növbəsində, hamilə qalmağın vacib şərtlərindəndir.

Qalxanabənzər vəz düzgün işləmirsə, onun "nəzarəti" altında olan orqanların işləmə prinsiplərində də dəyişikliklər başlaya bilər. Yeniyetmə yaşlarında hipotireoz cinsi yetkinliyin nisbətən gec baş tutmasına və ilk aybaşının başlanmasının ləngiməsinə gətirib çıxara bilər. Hipotireoz hamiləlik dövründə də çox məkrli olur. O hamiləliyin dayanması və fətal inkişafın pozulmasına səbəb ola bilər.

Qadınlarda hipotireozun inkişafına səbəb olan amillər:

Statistik araşdırmalara əsasən, qadınlarda ən çox qalxanabənzər vəzin iltihabı müşahidə olunur. Bu isə orqanın funksional pozuntusuna və hormonal çatışmazlığa gətirib çıxarır. Bəzən hamiləlik də qalxanabənzər vəzin fəaliyyətində probləmlərə səbəb ola bilir. Hamilə qadınlarda hormonal fonun kəskin dəyişməsi qalxanbənzər vəz hüceyrələrinə mənfi təsir göstərə bilər və nəticədə hormon ifrazında pozuntular baş verə bilər.

Aybaşı zamanı axıntılar normadan artıq, normadan zəif yaxud da qeyri-müntəzəmdirsə, nə etməli?
Birinci növbədə, əlbəttə ki, ginekoloqun qəbuluna yazılmaq lazımdır. Həkimlər aybaşı dövründəki pozuntuların qalxanabənzər vəzdə yaranan problemlərlə əlaqəli ola biləcəyini bilirlər deyə, belə hallarda hormonların səviyyəsi mütləq şəkildə müəyyən edilir. Belə ki, bunu etmək olduqca asandır. Cəmi bircə dəfə TSH (tiroid stimullaşdırıcı hormon) analizi verməyiniz kifayət edir. Sözügedən hormonun konsentrasiyasındakı dəyişikliyə əsasən orqanın fəaliyyəti barədə nəticələr çıxarmaq olar.

Buna baxmayaraq, həkim göndərişi olmadan da istənilən laboratoriyada qan analizi vermək olar. Anomaliyalar aşkar edildiyi təqdirdə, mütəxəssisə (endokrinoloqa) müraciət etmək lazımdır.

Adətən, hipotireoz diaqnozu təstiqlənərsə, əvəzləyici hormonal terapiya təyin edilir. Preparat və dozaların düzgün müəyyən edilməsi ilə, hipotireozun bütün simptomları sağalır və nəticədə aybaşı dövrü normallaşaraq hamiləliyə zəmin yaradir.

Sizdə hipoterioz olma ehtimalını təyin edin?
Başla
Sual 1/6
Son vaxtlar işə tam köklənə bilmirəm, hərəkətlərimdə ləngimə hiss edirəm

Nəticə

Harada yoxlanışdan keçməli ?