no image

KƏDƏRLİ OBRAZ

Depressiyaya hansı xəstəlik səbəb ola bilər və ondan necə boyun qaçırmalı?
No Image

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) görə, bütün dünya əhalisinin təqribən 300 milyonu depressiyadan əziyyət çəkir. Həmçinin, qeyd olunur ki, qadınlarda bu hala dəfələrlə daha çox rast gəlinir. Onu da qeyd etməliyik ki, bu xəstəlik mövsümi xarakter daşıyır və sırf payız mövsümündə bu xəstəliyə düçar olmaq ehtimalı yüksəlir. "Tiroidinfo.az", "Berlin-Chemi/A.Menarini" şirkətinin dəstəyi ilə, haqqında bəhs edilən xəstəliyin səbəblərindən biri və onunla mübarizə yolları barədə danışacaq.

Uğursuzluq istənilən insanın həyatında baş verir. Pis iqlim, şəxslərarası münaqişələr, işdə problemlər və bir çox digər amillər insanı ruhdan sala və o insanın özünü sınmış kimi hiss etməsinə səbəb ola bilər. Lakin, məişət problemlərinin fonunda yaranan əzilmişlik hissi nadir hallarda uzun çəkər. Ancaq, insanın həyatındakı "qara bulud" kifayət qədər uzun müddət ondan əl çəkmirsə, həmin insanın depressiyadan əziyyət çəkdiyi ehtimalını istisna etmək olmaz. Axı, o başqa bir xəstəliyin simptomlarından biri də ola bilər.

Depressiya müxtəlif növlərə bölünür:
   - reaktiv depressiya. İnsanın həyatında baş verən yaxud aktual olan psixoloji travma ilə nəticələnən faktorların əsasında yaranır;
   - endogen depressiya. Onun mənşəyi məlum deyil, lakin böyük ehtimalla problem beyində baş verən biokimyəvi pozuntuların nəticəsində yaranır;
   - somatogen depressiya. Hansısa başqa bir xəstəliyin nəticəsində meydana çıxır;

Orqanizmin somatogen depressiya ilə nəticələnə bilən belə patoloji vəziyyətinə misal olaraq, hipotireozu çəkmək olar. Hipotireoz dedikdə qalxanvari vəz hormonlarının çatışmazlığı başa düşülür.

Hipotireoz - kişilərə nisbətən qadınlarda daha çox rast gəlinən, bütün dünyada yayılmış bir xəstəlikdir.

Depressiya və qalxanvari vəz: Qalxanvari vəz hormonları orqanizmin əsas mübadiləsini tənzimlədiyi üçün, onların çatışmazlığı, emosiyalar sferası da daxil olmaqla, bütün sistemlərin işləmə mexanizmində pozuntulara gətirib çıxara bilər. Əhvalın kəskin dəyişməsi, darıxma və kədər hissi, hətta panika və depressiv vəziyyət müşahidə oluna bilər.

Hipotireozun depressiyanın inkişafını tətiklədiyi iddiası artıq öz təstiqini tapıb. Lakin, bu məsələnin dəqiq səbəbləri hələ sona qədər araşdırılmayıb. Bununla bağlı müxtəlif fərziyyələr irəli sürülür: beyin damarlarında qan dövranı zəifləyir, karbohidrat mübadiləsi pozulur, neyromediatorların iş mexanizmi dəyişir. Bütün bunlar, sinir sisteminin qalxanvari vəz hormonlarının çatışmazlığına qarşı çox həssas olduğunu göstərir.

Hipotireozun səbəbləri: Qalxanvari vəzin işləmə mexanizmində pozuntular daha çox autoimmun tiroidit (Haşimoto zobu) – qalxanvari vəzin iltihabı zamanı müşahidə olunur. Sözügedən xəstəlik zamanı immun sisteminin hüceyrələri qalxanvari vəzin toxumalarını yadmənşəli olaraq qəbul edir və ona "hücum" etməyə başlayırlar. Nəticədə vəzin işləmə mexanizmi pozulur və hormon ifrazı azalır.

Hamiləlik zamanı qadınların orqanizmində hormonal “piklər” müşahidə olunur və bu da, öz növbəsində, qalxanvari vəzin zədələnməsinə, hipotireoza və qalxanvari vəz hormonlarının çatışmazlığına gətirib çıxara bilər. Qalxanvari vəzə edilən operativ müdaxilələr də, həmçinin, hormon ifrazının azalmasına səbəb ola bilər.

Depressiya uzun çəkdiyi halda nə etməli: Depressiyanın müalicəsi zamanı ilk növbədə onun mənşəyini müəyyən etmək mütləqdir: onun başqa bir xəstəliyin nəticəsi olub olmamasını, belə ki, somatogen depressiya altqrupuna daxil olub olmadığını. Statistikaya əsasən, somatogen depressiyanın böyük bir hissəsi qalxanvari vəzin hipofunksiyasının nəticəsidir. Təbii ki, hipotireozun olub olmaması birinci növbədə müəyyən edilməlidir. Hipotireozun təstiqlənməsi üçün sadəcə olaraq bircə araşdırma, yəni qanda tiroid stimullaşdırıcı hormonun (TSH) miqdarını müəyyən edən analiz kifayət edir.

TSH qalxanvari vəzin işləməsinə cavabdehdir. Belə ki, məhz bu hormon qalxanvari vəz hormonlarının lazımlı miqdarda toplanmasına nəzarət edir. Buna görədir ki, vəzin funksiyalarını araşdırarkən, sözügedən hormonun qanda miqdarı birinci növbədə nəzərdən keçirilir. Belə bir analizi istənilən laboratoriyada vermək olar. Pozuntular müşahidə olunduğu təqdirdə, endokrinoloqa müraciət etmək mütləqdir.

Hipotireoz təstiqlənərsə, əvəzedici hormonal terapiya təyin edilir. Dərman preparatının düzgün dozalarının müəyyən edilməsi hipofunksiyanın simptomlarının üzə çıxması barədə xəbərdarlıq edir. Düzgün təyin edilmiş terapiya xəstələrin adi həyat tərzinə qayıtmalarına kömək edir.

Beləliklə, hipotireoz qalxanvari vəzin funksionallığının zəifləməsinə deyilir və ən çox qadınlarda rast gəlinir. Onun ilkin göstəricilərindən biri psixoemosional vəziyyətdəki dəyişikliklər, uzun müddətli pis əhval və depressiyadır. Buna baxmayaraq, sadə bir araşdırma aparmaqla, yəni TSH hormonu analizinin köməyilə bu xəstəliyi müəyyən etmək və lazımlı müalicəni təyin etmək çətin deyil.

Sizdə hipoterioz olma ehtimalını təyin edin?
Başla
Sual 1/6
Son vaxtlar işə tam köklənə bilmirəm, hərəkətlərimdə ləngimə hiss edirəm

Nəticə

Harada yoxlanışdan keçməli ?