no image

DOLU HƏYAT

Artıq çəki hansısa xəstəliyin nəticəsi ola bilər. Bunu necə müəyyən etmək olar?
No Image

Öz bədəninə hörmətlə yanaşmaq, artıq çəkiyə baxmayaraq bədənini sevmək hörmətə layiqdir. Bununla belə, artıq çəki orqanizminiz üçün təhlükəlidir və bunu diqqətdən kənarda saxlamaq olmaz. “Tiroidinfo.az”, “Berlin-Chemi/ A.Menarini”-nin dəstəyi ilə, düzgün çəki itirməkdə vacib rol oynayan amillər barədə danışacaq. Yorucu idman proqramlarının və ciddi pəhrizlərin gözlənilən nəticəni verməməsi barədə çox eşidirik. İtirilən çəki, onu itirmək üçün sərf olunan enerji ilə müqayisədə çox azdır. Çəkinin həddindən az yaxud çox olması bir çox qadının əziyyət çəkdiyi ciddi xəstəliyin nəticəsidir. Artıq çəki heç də hər zaman yüksək kalorili qidalardan istifadənin nəticəsi deyil. “Köklüyün” günahı xəstəlikdə, daha dəqiq desək, qalxanvari vəzin fəaliyyətindəki pozuntuda, yəni onun funksionallığının zəifləməsində ola bilər. Rusiyada qalxanvari vəzin hipofunksiyasına kifayət qədər tez-tez rast gəlinir. Lakin, onun diaqnozunu qoymaq nisbətən çətindir. Belə ki, hipotireozun simptomları konkret deyil və mütəxəssislər onları çox vaxt stress və həyat tərzinin nəticəsi olaraq qiymətləndirdiyi üçün xəstəliyi dərhal müəyyən etmək mümkün olmur.

Artıq çəkinin səbəbləri:
Vəzin ifraz etdiyi bioloji aktiv maddələr - tiroksin və triiodtironin, insan orqanizmindəki əsas mübadiləyə "nəzarət" edirlər. Nəticədə, sözügedən hormonların çatışmazlığı zamanı bütün metobolik funksiyalar, eləcə də su tarazlığı zəifləyərək mayenin müəyyən nöqtələrdə toplanmasına, yuxarı və aşağı ətraflarda, həmçinin üz nahiyəsində şiş olaraq özünü göstərməsinə gətirib çıxarır. Elə buna görə də, hipotireozun sonuncu mərhələsi miksedema adlanır. Miksedema "selikli şiş" kimi tərcümə olunur.

Qalxanvari vəzin funksiyalarının zəifləmə səbəbləri:
   - Autoimmun tireoidit (Haşimoto zobu). Bu xəstəlik nəticəsində, hələlik elmə məlum olmayan səbəblərdən immun sisteminin hüceyrələri qalxanvari vəzin toxumalarını yadmənşəli olaraq qəbul edir və ona qarşı "mübarizə" aparmağa başlayır. Nəticə etibarilə, qalxanvari vəzin işləmə mexanizmi pozulur.
   -Hamiləlik. Bu dövrdə qadınların orqanizmində nəzərəçarpan hormonal dəyişikliklər baş verir. Bu isə, öz növbəsində, qalxanvari vəzin işləmə mexanizmində pozuntulara yol açaraq, hormonların azalmasına gətirib çıxarır.
   - Qalxanvari vəzə edilən operativ müdaxilələr də, həmçinin, onun işləmə mexanizminin pozulması ilə nəticələnə bilər.

Hipotireozun simptomları müxtəlifdir və sadəcə artıq çəki ilə nəticələnmir. Qalxanvari vəz orqanizmdəki bütün əsas maddələr mübadiləsinə cavabdehlik daşıyır. Buna görə də, onun işləmə mexanizmindəki nasazlıqlar bütün sistemlərdə özünü biruzə verir.

Necə müalicə olunmalı?
Simptomların müxtəlifliyinə baxmayaraq, qalxanvari vəzin hipofunksiyası diaqnozu çox zaman vaxtında qoyulmur. Halbuki, diaqnoz qoymaq üçün sadəcə olaraq bircə dəfə araşdırma aparmaq, yəni tiroid stimullaşdırıcı hormonu (TSH) təyin etmək üçün qan analizi kifayət edir. Yaşı 35-i ötmüş xanımlara bu analizi hər beş ildən bir vermək tövsiyyə olunur.

Qalxanvari vəzin düzgün işləməsinə TSH cavabdehdir, çünki məhz bu hormon qalxanvari vəz hormonlarının lazımlı miqdarda toplanmasına nəzarət edir. Buna görədir ki, vəzin funksiyalarını araşdırarkən, sözügedən hormonun qanda miqdarı birinci növbədə nəzərdən keçirilir. Belə bir analizin verilməsi heç bir çətinlik törətmir. Belə ki, onu istənilən laboratoriyada vermək olar. Pozuntular müşahidə olunduğu təqdirdə, endokrinoloqa müraciət etmək məsləhət görülür. Hipotireoz təstiqlənərsə, əvəzedici hormonal terapiya təyin edilir. Dərman preparatının düzgün dozalarının müəyyən edilməsi hipofunksiyanın simptomlarının üzə çıxması barədə xəbərdarlıq edir. Düzgün təyin edilmiş terapiya xəstələrin adi həyat tərzinə qayıtmalarına kömək edir.

Beləliklə, hipotireoz qalxanvari vəzin funksionallığının zəifləməsinə deyilir və ən çox qadınlarda rast gəlinir. Xəstəliyin diaqnozu simptomların müxtəlifliyinə görə vaxtında qoyulmur. Buna baxmayaraq, sadə bir araşdırma aparmaqla, yəni TSH hormonu analizinin köməyilə bu xəstəliyi müəyyən etmək və lazımlı müalicəni təyin etmək çətin deyil. Bunun nəticəsində, həm əhval-ruhiyyə, həm çəki, həm də xarici görünüş qaydasına düşəcək.

Sizdə hipoterioz olma ehtimalını təyin edin?
Başla
Sual 1/6
Son vaxtlar işə tam köklənə bilmirəm, hərəkətlərimdə ləngimə hiss edirəm

Nəticə

Harada yoxlanışdan keçməli ?